Xəzər Xəbər

Seul və Pxenyan yeni sammitə hazırlaşır

Dünya | 14:38 • 9 Avqust 2018
Seul və Pxenyan yeni sammitə hazırlaşır

Cənubi Koreya və KXDR avqustun 13-də yeni ikitərəfli sammitin keçirilməsinə həsr olunan yüksək səviyyəli danışıqlar aparacaq.


AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqların keçirilməsi üçün demilitarizasiya zonasında yerləşən Phanmuncom yaşayış məntəqəsi seçilib.


Həmçinin tərəflər bundan öncəki sammitin nəticəsinə əsasən imzalanan sazişlərin yerinə yetirilməsi məsələlərini də müzakirə edəcəklər. Danışıqlarda Cənubi Koreyanın nümayəndə heyətinə birləşmə məsələləri üzrə nazir Ço Mön Gün başçılıq edəcək.


Xatırladaq ki, aprelin 27-də sərhədyanı Phanmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutmuşdu. Tərəflər sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq haqqında deklarasiya imzalamışdılar.


Bundan başqa, Cənubi Koreya prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In 2018-ci ilin mayında da bir araya gəlmişdi. Bu ilin payizinda keçirilməli olan üçüncü sammit barədə razılıq məhz həmin vaxt əldə olunmuşdu.

Xəbər lenti