Xəzər Xəbər

Beş nəfər İŞİD-lə əməkdaşlığa görə vətəndaşlıqdan çıxarılıb - Avstraliyada

Dünya | 14:27 • 9 Avqust 2018
Beş nəfər İŞİD-lə əməkdaşlığa görə vətəndaşlıqdan çıxarılıb -

Avstraliya hökuməti "iki pasporta” malik olan beş nəfəri İŞİD terrorçu qruplaşması ilə əməkdaşlığa görə vətəndaşlıqdan çıxarıb.


Bu barədə Avstraliyanın miqrasiya işləri naziri Piter Datton məlumat verib.


Nazirin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir: "Təsdiq edə bilərəm ki, beş nəfər xaricdə İŞİD-lə əməkdaşlıq etdiyinə görə Avstraliya vətəndaşı olmaq statusunu itiriblər”. Nazir qeyd edir ki, bu insanlar terrorçularla əlaqəyə girərək Avstraliyanın maraqlarına qarşı fəaliyyət göstəriblər və bununla da mahiyyətcə Avstraliya cəmiyyətini tərk etmək seçiminə üstünlük veriblər.


Nazirin sözlərinə görə, 2015-ci ildə qanunvericiliyə edilən düzəlişlərdən sonra "iki pasporta” malik olan altı nəfər Avstraliya vətəndaşlığından çıxarılıb. (AZƏRTAC)

Xəbər lenti