Xəzər Xəbər

Ruhanidən Şimali Koreyaya xəbərdarlıq: ABŞ-a etibar etməyin

Dünya | 13:55 • 9 Avqust 2018
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq:

İran prezidenti Həsən Ruhani Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə görüşündə onlara ABŞ-la bağlı xəbərdarlıq edib.

Ruhani KXDR-in XİN rəhbərinə, "son illər ABŞ-ın davranışları ona gətirib çıxardı ki, Amerika admistrasiyası dünyada öhdəliklərini yerinə yetirməyən etibarsız tərəfdaş kimi qəbul edilir", - deyə bildirib.

Bundan əvvəl isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də ABŞ-ın dəfələrlə beynəlxalq müqavilə pozması barədə Şimali Koreya hökumətinə xəbərdarlıq etmişdi./FaktXəbər

Xəbər lenti