Xəzər Xəbər

İstanbulda yeni aeroport oktyabrda işə düşəcək İlk uçuş Azərbaycana olacaq

Dünya | 13:14 • 9 Avqust 2018
İstanbulda yeni aeroport oktyabrda işə düşəcək

İstanbulun yeni aeroportundan həyata keçiriləcək ilk uçuşun tarixi açıqlanıb.

"Türk Hava Yolları”nın (THY) idarə heyətinin və icraiyyə komitəsinin sədri İlker Aycı oktyabr ayının 29-dan etibarən THY-nin yeni aeroporta köçəcəyini deyib. Bildirib ki, bu proses 45 saata başa çatacaq. Oktyabrın 31-də isə ilk uçuş həyata keçiriləcək. İlk daxili uçuş İstanbuldan Ankaraya, beynəlxalq uçuş isə Azərbaycan və Şimali Kipr Türk Respublikasına olacaq.

İstanbuldakı üçüncü hava limanından ilk uçuş oktyabrın 31-də yerli vaxtlı 14:00-da İstanbuldan Ankara istiqamətində həyata keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar