Xəzər Xəbər

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub

Dünya | 12:00 • 9 Avqust 2018
İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub

İsrail ordusunun Qəzza sektoruna endirdiyi hava zərbələri nəticəsində 3 fələstinli həlak olub.


Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudranın sözlərinə görə, həlak olanların arasında 23 yaşlı qadın və onun yaşyarımlıq körpəsi də var. Kudra, həmçinin hücum nəticəsində 12 nəfərin yaralandığını deyib.


İsrail tərəfi isə öz növbəsində HƏMAS hərəkatının raket zərbələrinə qarşı anklavda yerləşən 140 strateji hərbi obyekti bombardman etdiyini bildirib.

Xəbər lenti