Xəzər Xəbər

Səudiyyənin Kanadaya müharibə elan etməsinin əsl SƏBƏBİ BİLİNDİ

Dünya | 11:37 • 9 Avqust 2018
Səudiyyənin Kanadaya müharibə elan etməsinin əsl

ABŞ prezidenti Donald Trampa sonsuz güvənən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman Kanadaya sərt mesaj göndərib.

Şahzadə ölkəsinin daxili siyasətinə dair hər hansı tənqidin qəbuledilməz olduğu mesajını verib.

"Qardian”ın analizinə görə, Kanada ilə diplomatik münasibətlərini donduran Səudiyyə Ərəbistanı məhz bu ölkə vasitəsilə "daxili işlərimizə qarışmağa icazə verməyəcəyik” mesajı göndərib.

Kanadanın xarici işlər naziri Kristia Friləndin Riyadda həbsdə saxlanılan kanadalı aktivistləri azadlığa buraxmaq çağırışı ölkəsinə 20 milyard dollarlıq zərbə vurub və iki ölkə arasında bütün müstəvilərdəki münasibətləri qoparıb. Lakin mütəxəssislərin fikrincə, rəsmi Riyadın atdığı addımların səbəbi sırf Kanada ilə bağlı deyil. Bu, Səudiyyə Ərəbistanın Qərbə dolayı mesajıdır. Analizdə qeyd edilən məlumatlara görə, Səudiyyə Ərəbistanı regionda qaydaları yenidən yazmaq istəyir və şahzadə Salman bunu həyata keçirəcək dəstəyə sahib olduğunu hiss edir. Səudiyyə şahzadəsi Donald Trampın insan haqları ilə o qədər də maraqlanmadığına, dostları və düşmənləri ilə müzakirə etmədiyinə arxalanaraq qonşusunun məhz bu mövzu ilə bağlı ona tutduğu iradı bu qədər sərt şəkildə cavablandırıb.

Qəzetin analizində qeyd edir ki, Kanadanın baş naziri Castin Trüdonun hökuməti Səudiyyə Ərəbistanındakı müxalifətçilərə dsətək göstərən tək ölkə deyil. Ancaq Səudiyyə Ərəbistanı Kanadaya qarşı duraraq itirəcəyi az şeyinin olduğunu düşünüb./publika.az

Xəbər lenti

Çox oxunanlar