Xəzər Xəbər

İndoneziyada yenidən güclü zəlzələ olub

Dünya | 11:32 • 9 Avqust 2018
İndoneziyada yenidən güclü zəlzələ olub

Avqustun 9-da İndoneziyanın Lombok adası yaxınlığında yenidən güclü zəlzələ baş verib.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, 6,1 bal gücündə zəlzələnin episentri Mataram şəhərindən 10 kilometr cənubda, ocağı 10 kilometr dərinlikdə yerləşib.


Xatırladaq ki, ötən bazar günü həmin ərazidə 7 bal gücündə zəlzələ baş vermişdi. Bu zəlzələnin afterşokları olaraq 5,4 və 4,3 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı. Antara agentliyinin yaydığı məlumata görə, həmin zəlzələ nəticəsində 347 nəfər həlak olub.

Xəbər lenti