Xəzər Xəbər

Maduro həbs ediləcək İDDİA

Dünya | 11:09 • 9 Avqust 2018
Maduro həbs ediləcək

Venesuela prezidenti Nikolas Maduro həbs ediləcək.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ölkə prezidentinə sui-qəsdə iştirakda ittiham edilmiş Venesuela parlamentinin müxalifət deputatı Xulio Borxes bildirib.

"Nikolas Maduronun ittihamlarına mənim cavabım budur: biz onu hakimiyyətsiz və həbs edilmiş görəcəyik. Maduro Venesuelada zorakılığın tək ilhamverənidir. Venesuelaya qısa müddətdə inkişaf, demokratik və dinc dəyişiklik lazımdır”, - Borxes KİV üçün bəyanatında deyib.

Qeyd edək ki, avqustun 5-də parad zamanı Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya prezidenti Xuan Manuel Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi ittihamları rədd edib./publika.az

Xəbər lenti