Xəzər Xəbər

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb

Dünya | 09:32 • 9 Avqust 2018
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb

İndoneziyanın Lombok adası rayonunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 347-yə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə İndoneziyanın ANTARA xəbər agentliyi ölkə rəsmilərinə istinadla məlumat yayıb.


Məlumatda bildirilir ki, 156 mindən çox insan zəlzələ bölgəsindən təxliyə olunub.


Xatırladaq ki, avqustun 5-də yerli vaxtla saat 11:45-də İndoneziyanın Lombok adası rayonunda 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri adanın şimal hissəsində yer səthindən 10,5 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti