Xəzər Xəbər

ABŞ Konqresinə ilk dəfə olaraq müsəlman qadın seçiləcək

Dünya | 17:32 • 8 Avqust 2018
ABŞ Konqresinə ilk dəfə olaraq müsəlman qadın seçiləcək

Miçiqan ştatında keçirilən səsvermənin ilkin nəticələrinə əsasən, Fələstin əsilli amerikalı Raşida Tlaib ABŞ Konqresinin nümayəndələr palatasında öz yerini təmin edərək bu qanunverici orqanda ilk müsəlman qadın olacaq.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, Tlaib müstəqil namizədlərin və Respublika partiyasının iştirak etmədiyi seçkilərdə Demokratik partiyanın namizədi qismində qələbə qazanıb. Bu isə o deməkdir ki, aralıq seçkilərində Tlaibin rəqibi olmayacaq və o, Konqresin nümayəndələr palatasında Miçiqan ştatını təmsil edəcək.


Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.

Xəbər lenti