Xəzər Xəbər

Timoşenko Ukrayna prezidenti ola bilər

Dünya | 16:15 • 8 Avqust 2018
Timoşenko Ukrayna prezidenti ola bilər

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezident seçilə bilər.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, "Reytinq” agentliyinin son rəy sorğularına əsasən, 17,7% respondent Yuliya Timoşenkoya səs verməyə hazır olduğunu ifadə edib.

Keçmiş müdafiə naziri Anatoli Qritsenkoya 10,7%, "Müxalifət Bloku” partiyasının sədri Yuri Boykoya 8,9%, "Radikal” partiyasının sədri Oleq Lyaşkoya isə 8,5% seçici səs vermək niyyətini ifadə edib.

Maraqlıdır ki, hazırki prezident Pyotr Poroşenko 5-ci yerdə qərarlaşıb və yalnız 8,3% dəstək alıb.

Xəbər lenti