Xəzər Xəbər

Təyyarə avtomobil dayanacağına düşüb, ölənlər var - FOTO

Dünya | 09:37 • 6 Avqust 2018
Təyyarə avtomobil dayanacağına düşüb, ölənlər var -

ABŞ-ın Kaliforniya ştatının Santa-Ana şəhərində "Cessna 414” tipli yüngül iki mühərrikli təyyarənin yerə düşməsi nəticəsində 5 nəfər həyatını itirib.


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə qəza baş verən zaman aeroport istiqamətində uçurmuş. Hava gəmisi avtomobil dayanacağına düşüb. Qəza nəticəsində dayanacaqdakı insanlar arasında xəsarət alan olmayıb. Həlak olanların hamısı təyyarənin göyərtəsində olan sərnişinlər olub.


Qəzanın səbəbləri hələlik məlum deyil.

Xəbər lenti