Xəzər Xəbər

Ukrayna 30 modernləşdirilmiş döyüş təyyarələri alacaq

Dünya | 09:22 • 6 Avqust 2018
Ukrayna 30 modernləşdirilmiş döyüş təyyarələri alacaq

Ukrayna Hava Qüvvələri 2018-ci ildə təxminən 30 modernləşdirilmiş təyyarə alacaq. AZƏRTAC xəbər verir ki, bu fikri yerli mətbuata müsahibəsində Ukrayna Silahlı Qüvvələrin Hava Qüvvələri komandanı, general-polkovnik Sergey Drozdov söyləyib.


"Ukroboronprom" konserninin təmir və modernləşdirilməsi işləri başa çatdıqdan sonra bu il 30 ədəd MiQ-29 və Su-27 döyüş təyyarələri, Su-25 hücum təyyarələri almağa hazırlaşırıq. Yeri gəlmişkən Odessa zavodu indi Su-24 MP təyyarələrinin modernləşdirilməsi üzərində işləyir", deyə Drozdov əlavə edib.


Onun sözlərinə görə, Ukraynanın müdafiə sənayesi müəssisələrində görülən işlər sayəsində yaxın gələcəkdə güclü radioelektronika və yanğın təsiri şəraitində yüksəkliklərin və sürətlərin bütün səviyyələrində hava hücumuna qarşı effektiv mübarizə aparmağa qadir olan silahlar alınacaq.

Xəbər lenti