Xəzər Xəbər

Stiven Siqala Rusiya XİN-də vəzifə verildi

Dünya | 16:02 • 5 Avqust 2018
Stiven Siqala Rusiya XİN-də vəzifə verildi

Dünya şöhrətli aktyor və rejissor Stiven Siqal Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndə təyin edilib.


Xezerxeber.az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Rusiya tərəfindən xüsusi nümayəndə təyin edilən Stiven Siqal iki ölkə arasında mədəniyyət, sənət, sosial və gənclik sahələrində əlaqələrin inkişafına çalışacaq.


Qeyd edək ki, ABŞ aktyoru S.Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını qəbul edib.

Xəbər lenti