Xəzər Xəbər

Sabiq prezident həbsdən çıxdı - 133 min dollar ödədi

Dünya | 15:47 • 5 Avqust 2018
Sabiq prezident həbsdən çıxdı -
Sabiq Qvatemala prezidenti Alvaro Kolom vəzifədən sui-istifadə ittihamı ilə təxminən 6 ay həbsxanada qaldıqdan sonra pul cəzası müqabilində sərbəst buraxılıb.

Məhkəmə Kolomdan 133 min dollarlıq girov tələb edib.


Sabiq prezident kütləvi nəqliyyat vasitələrinin alınmasında yol verdiyi korrupsiya hallarına görə həbs edilmişdi. İstintaqı aparan prokuror Juan Fransisko Sandoval məhkəmənin qərarından şikayət edəcəklərini bildirib.


2008-2012-ci illərdə Mərkəzi Amerika ölkəsinə rəhbərlik edən 67 yaşlı Kolom fevral ayında həbs edilib.


Onun dövründəki maliyyə və daxili işlər nazirləri də saxlanılıb. (publika.az)


Xəbər lenti