Xəzər Xəbər

Pakistanda baş verən yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Dünya | 15:54 • 5 Avqust 2018
Pakistanda baş verən yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Pakistanın şimalındakı Kohat əyalətində baş vermiş yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb, 35 nəfər yaralanıb. Bu barədə "Geo TV” yerli xilasetmə xidmətlərinə istinadən məlumat verib.


Xezerxeber.az xəbər verir ki, bundan əvvəl qəza nəticəsində 14 nəfərin öldüyü, 34 nəfərin isə yaralandığı barədə məlumat yayılmışdı.


Yol qəzası avtobusun neftdaşıyan maşın ilə toqquşması nəticəsində baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.


Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər lenti