Xəzər Xəbər

ABŞ-da təyyarə qəzaya uğradı: 6 ölü

Dünya | 10:55 • 5 Avqust 2018
ABŞ-da təyyarə qəzaya uğradı: 6 ölü

ABŞ-ın Oklahoma ştatında "EA400" birmühərrikli təyyarə qəzaya uğrayıb.


Təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfər həlak olub. Key dairəsinin və Ponka-Siti yaşayış məntəqəsinin polisləri ölüm hallarını kimliklər məlum olmadan təsdiqləmirlər.


Qeyd edək ki, "EA400" birmühərrikli və 6 yerli təyyarədir. Qəzanın araşdırması ilə Federal Aviasiya İdarəsi və Nəqliyyatın Milli Təhlükəsizliyi İdarəsi məşğul olur.

Xəbər lenti