Xəzər Xəbər

İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Dünya | 09:12 • 5 Avqust 2018
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın Qardez şəhərindəki məsciddə törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


AZƏRTAC "lefigaro.fr” saytına istinadla xəbər verir ki, qruplaşma üzvləri qadın geyimində gizlənərək məscidə daxil olublar və üzərilərindəki partlayıcını işə salıblar.


Qeyd edək ki, terror aktı nəticəsində 35 nəfər həlak olub, 94 nəfər isə yaralanıb. Ölənlərdən 3-ü uşaqdır.

Xəbər lenti