Xəzər Xəbər

Venesuela prezidentinə sui-qəsd edilib

Dünya | 09:03 • 5 Avqust 2018
Venesuela prezidentinə sui-qəsd edilib

Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya sui-qəsd edilib.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı prezident Nikolas Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub.


Hadisə nəticəsində prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb.


Prezident Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.

Xəbər lenti