Xəzər Xəbər

Yaponiya hökuməti leysan yağışlardan zərər çəkmiş prefekturalara 950 milyon dollar yardım ayıracaq

Dünya | 15:02 • 4 Avqust 2018
Yaponiya hökuməti leysan yağışlardan zərər çəkmiş prefekturalara 950 milyon dollar yardım ayıracaq

Yaponiyanın Baş naziri Şinzo Abe ötən ay leysan yağışlardan zərər çəkmiş rayonların bərpası ilə əlaqədar tədbirlər paketi barədə elan edib.


AZƏRTAC xəbər verir ki, bu məqsədlə 2018-ci maliyyə ilinin ehtiyat fondundan 110 milyard yen (təqribən 950 milyon dollar) vəsait ayrılması nəzərdə tutulur.


Baş nazir bu barədə fövqəladə hökumət komissiyasının iclasında məlumat verib. Hiroşima, Okayama və Ehime prefekturalarının qubernatorları da həmin yığıncaqda iştirak ediblər. Həmin prefekturalar təbii fəlakətdən daha çox ziyan çəkib.


Okayama prefekturasının qubernatoru Ryuta İbaraqi bildirib ki, yaranmış ağır vəziyyəti aradan qaldırmaq üçün prefekturanın hökumətin yardımına ehtiyacı var.


Ş.Abe qeyd edib ki, tədbirlər paketi qırıntıların təmizlənməsinə, həmçinin öz evlərini tərk edənlər üçün müvəqqəti bələdiyyə evlərinin tikintisini həyata keçirməyə kifayət edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti