Xəzər Xəbər

Çavuşoğlu rus dilində başsağlığı verdi

Dünya | 12:55 • 4 Avqust 2018
Çavuşoğlu rus dilində başsağlığı verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib.

Trend-in məlumatına görə, o başsağlığını öz "Twitter" səhifəsindən ünvanlayıb.

Nazir başsağlığını rus dilində ifadə edib.

Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Qəza nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.

Xəbər lenti