Xəzər Xəbər

Əvvəl pul istədi, sonra “ərimə baxdın” deyib turisti təpiklədi

Dünya | 11:43 • 4 Avqust 2018
Əvvəl pul istədi, sonra “ərimə baxdın” deyib turisti təpiklədi

ürkiyədə qadın turist başqa bir qadın tərəfindən döyülüb.


Oxu.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Türkiyənin Bursa şəhərinin Mudanya qəsəbəsində baş verib.


Belə ki, bursalı olan bir qadın turist qadına yaxınlaşaraq, əvvəlcə ondan pul istəyib, rədd cavabı aldığı zaman isə "Ərimə niyə baxdın?” deyərək, onu döyməyə, təpikləməyə və fiziki təzyiqlər göstərməyə başlayıb.


Turist qadın ətrafdakıları, polisləri köməyə çağırarkən, həmin qadın hadisə yerindən qaçıb.


Polislər hazırda kimliyi hələlik məlum olmayan həmin qadının axtarışı ilə məşğuldurlar.

Xəbər lenti