Xəzər Xəbər

Koçaryan ifadə verməkdən imtina etdi

Dünya | 10:00 • 4 Avqust 2018
Koçaryan ifadə verməkdən imtina etdi

Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılmasına dair açılan cinayət işi üzrə ifadə verməkdən imtina edib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib.


"Koçaryan ifadə verməkdən imtina etdi, digər istintaq hərəkətlərində iştirak etmədi və istintaq aparılan otağı tərk etdi”, - Xaçatryan deyib.


Xüsusi İstintaq Xidməti iyulun 26-da Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb.


Bir gün sonra isə o, 2 ay müddətinə həbs edilib.

Xəbər lenti