Xəzər Xəbər

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb - helikopterdə olanların hamısı ölüb

Dünya | 09:04 • 4 Avqust 2018
Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb -

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.


Xezerxeber.az-ın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Krasnoyarsk ərazisində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısı ölüb. Onlardan 15-nin sərnişin, 3-nün isə ekipaj üzvü olduğu vurğulanır. Rusiya Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.


Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə qəza texniki nasazlıq səbəbindən baş verib.

Xəbər lenti