Xəzər Xəbər

Universitet qız tələbələrin sayını azaltmaq üçün hiylə işlədib - QALMAQAL

Dünya | 16:55 • 3 Avqust 2018
Universitet qız tələbələrin sayını azaltmaq üçün hiylə işlədib -

Yaponiya hökuməti məktəblərə qız tələbələrin qəbulunu azaltmaq üçün tətbiq edilən üsulu qınayıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Tokio Tibb Universiteti daha çox oğlan tələbə qəbul etmək üçün qız tələbələrin qəbuluna maneə olub.

Universitet uzun illər ərzində qəbul imtahanlarında qızların ballarını məqsədyönlü şəkildə aşağı salıb.

Ölkənin təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Yösimasa Xayasi bu üsulu qəbuledilməz adlandırıb.

"Əgər qızlara qarşı ədalətsiz diskriminasiya halları olubsa bu qəbul edilməzdir. Biz artıq universitetə qəbul prosedura barədə hesabat verilməsi tələbi ilə müraciət etmişik. Sənədin qəbulundan sonra lazımi tədbirlər görüləcək” – Xayasi Tokioda mətbuat konfransında jurnalistlərə bildirib.

The Yomiuri Shimbun nəşrinin məlumatına görə bu siyasət 2011-ci ildən ən azı universitetin fakültələrindən birində tətbiq edilib. Bəzi illərdə qızların qəbul nəticələri dərhal 10% aşağı salınıb. 2018-ci ildə isə bu hadisə pik həddə çatıb. Belə ki, bu il universitetə qəbul olanların 140 nəfəri oğlan və sadəcə 30 nəfəri qız olub.

Universitetin adı çəkilməyən nümayəndəsi NHK kanalına müsahibəsində bunun qadınların karyeralarında gələcəkdə yaranan problemlərlə əlaqədar olduğunu bildirib. Belə ki, qadınların çoxu gələcəkdə evlilik, uşaq dünyaya gətirmələri ilə əlaqədar karyeralarına son qoyurlar. Həmin şəxsin sözlərinə görə, nəticədə isə Universitetin nəhəng tibb müəssisələrindən Nindzyüku xəstəxanasında kadr çatışmamazlığı yaranır və onu doldurmaq mümkün olmur.

Qeyd edək ki, Yaponiya gender bərabərsizliyinə görə 2017-ci ildə 144 ölkədən 114-cü yeri tutub.

Xəbər lenti