Xəzər Xəbər

İki qardaş analarını vəhşicəsinə öldürdülər - FOTO

Dünya | 16:37 • 3 Avqust 2018
İki qardaş analarını vəhşicəsinə öldürdülər -

ABŞ-ın Nevada ştatında 17 yaşlı əkiz qardaşlar Maykl və Dakota Libiqlər anaları Dona Libiqi vəhşicəsinə öldrüblər.


Milli.Az New York Post-a istinadən bildirir ki, qadın yatarkən oğulları əvvəlcə onun boynuna iki bıçaq zərbəsi endiriblər, sonra da başına çəkiclə 20 dəfə vurublar.


Polisdən verilən məlumata görə, qətlin səbəbi ananın oğulları ilə sərt davranmasıdır.


"O, bizə şikayətlənməyə icazə vermirdi", - əkiz qardaşlar polisdə deyiblər.


Dona Libiqin Aydaho ştatında yaşayan qohumları üç gün onunla əlaqə saxlaya bilməyəndə şübhələniblər. Onlar polisə zəng vuraraq Dona ilə bağlı hər şeyin qaydasında olub-olmadığını yoxlanmasını xahiş etmişdilər.


Qardaşlar analarını basdırdıqları yeri göstəriblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti