Xəzər Xəbər

Udmurtiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi üç dəfə artıb

Dünya | 11:54 • 3 Avqust 2018
Udmurtiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi üç dəfə artıb

2018-ci ilin yanvar-may aylarında Rusiya Federasiyasının Udmurtiya Respublikası ilə Azərbaycan Respublikası arasında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artaraq 2,27 milyon ABŞ dollarına bərabər olub.


AZƏRTAC Udmurtiya Respublikası başçısının və Udmurtiya hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, Udmurtiya hökuməti sədrinin birinci müavini Aleksandr Svinin bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru İsa Həbibbəylinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.


Udmurtiya Baş nazirinin birinci müavini deyib:


-Ölkənizdə bizim respublikanın biznes missiyasının təşkilinə kömək etsəniz, Sizə minnətdar olarıq. Bu, bizim öz imkanlarımızı nümayiş etdirməyə, sizin sahibkarlarla tanış olmağa və əməkdaşlığın konkret yollarını müəyyənləşdirməyə imkan verərdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti