Xəzər Xəbər

Eyfel açılır - tətil müddətində bilet almış turistlər təzminat alacaq

Dünya | 11:39 • 3 Avqust 2018
Eyfel açılır -

Parisin məşhur Eyfel qülləsi əməkdaşların 1,5 gün davam etmiş tətilindən sonra bu gün turistlər üçün açılacaq.


Trend-in məlumatına görə, iki gün əvvəl əməkdaşlar əmək şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətil elan etmişdi.


Ötən gün razılığın əldə olunduğu məlumat verilir.


O da bildirilib ki, tətil müddətində bilet almış turistlər təzminat alacaq.

Xəbər lenti

Çox oxunanlar