Xəzər Xəbər

Avropada şiddətli istilər davam edəcək

Dünya | 13:27 • 3 Avqust 2018
Avropada şiddətli istilər davam edəcək

Pireney yarımadasında havanın temperaturu 50 dərəcəyə qalxa bilər. Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, yarımadanın iki ölkəsi - İspaniya və Portuqaliyada Avropanın istilik rekordu qırıla bilər.

Bildirilir ki, temperatur göstərilən dərəcəyə qalxarsa, 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış 48 dərəcəlik rekord təzələnəcək.

Qeyd edək ki, Avropada yüksək temperatura səbəb kimi Afrikadan gələn isti hava kütlələri göstərilir.

Xəbər lenti