Xəzər Xəbər

Kosta-Rikada 2 ton kokaini daşıyan gəmi saxlanılıb

Dünya | 09:34 • 3 Avqust 2018
Kosta-Rikada 2 ton kokaini daşıyan gəmi saxlanılıb

Kosta-Rika sahil mühafizə xidməti uğurlu əməliyyat keçirib. Trend-in məlumatına görə, xidmət 2 tona yaxın kokaini daşıyan gəmini saxlayıb.


Bildirilir ki, əməliyyat ABŞ tərəfindən ötürülmüş informasiya əsasında keçirilib.


Gəmi Sakit okean sularında saxlanılıb.


Əməliyyat zamanı 3 ekipaj üzvü də saxlanılıb. Saxlanılanların hamısının Kolumbiya vətəndaşları olduğu bildirilir.

Xəbər lenti