Xəzər Xəbər

On iki yaşlı oğlan universitet tələbəsi oldu

Dünya | 09:01 • 3 Avqust 2018
On iki yaşlı oğlan universitet tələbəsi oldu

Fitri istedada malik, 12 yaşı yenicə tamam olmuş oğlan Meksika Milli Avtonom Universitetinin (UNAM) tələbəsi oldu.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, UNAM-ın yaydığı məlumata görə, Karlos Antonio Santamariyanı 9 yaşından universitetdə tanıyırlar. O, universitetdə kursları uğurla dinləyib, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. Karlos Antonio Santamariya valideynin əlindən tutaraq gətirdiyi yeganə tələbə olacaq.


Ali məktəbə qəbul edilmək məqsədilə Santamariya orta məktəbdə kamal attestatı almaq üçün ekstern imtahan verib. "Mən, sadəcə, oxumaq istəyirəm. Onlar məni qapıdan qoymasalar, pəncərədən girəcəyəm”, - deyə azyaşlı tələbə bildirib.


Təbriklərə ABŞ-ın Meksikadakı səfiri də qoşulub, oğlanı "Meksikanın istedadı və dahisi” kim dəyərləndirib.

Xəbər lenti