Krasnodar diyarında Mi-2 vertolyotu qəzaya uğrayıb, pilot həlak olub.
Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Novomışastovskaya stanitsasında kənd təsərrüfatı, aviasiya-kimya işlərini yerinə yetirərkən baş verib. Vertolyot yerə dəyərək yanıb. Qəzanın səbəbi araşdırılır.