Xəzər Xəbər

Dəniz quldurlarına qarşı mübarizə üzrə Avropa missiyasının iqamətgahı İspaniyaya köçəcək

Dünya | 13:52 • 2 Avqust 2018
Dəniz quldurlarına qarşı mübarizə üzrə Avropa missiyasının iqamətgahı İspaniyaya köçəcək

Böyük Britaniya Avropa İttifaqından (Aİ) tamamilə çıxandan sonra Aİ-nin hərbi-dəniz missiyasının mərkəzi – "Atalanta” Londondan İspaniyanın Rota (Kadis) limanına köçəcək.


AZƏRTAC xəbər verir ki, missiya İspaniyada 2019-cu il martın 29-dan fəaliyyətə başlayacaq.


"Atalanta” 2008-ci ildə dəniz quldurlarının Somali sahilləri yaxınlığında gəmilərə hücumları fonunda fəaliyyətə başlayıb. 2009-cu ildə İspaniyaya məxsus balıqçı gəmisi quldurlar tərəfindən qaçırılıb. Aİ əməliyyat müddətinin 2020-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edib.


Hind okeanının Somali sahilləri yaxınlığında dəniz quldurlarının hücumlarının sayı 2011-ci ildə rekord göstəriciyə - 176-ya çatıb. 2017-ci ildə belə hücumların sayı kəskin azalaraq 7-ə düşüb. Bu il isə yalnız bir hücum faktı qeydə alınıb.

Xəbər lenti