Xəzər Xəbər

ABŞ türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq edib

Dünya | 10:24 • 2 Avqust 2018
ABŞ türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi amerikalı pastor Endrü Bransonun işi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib. 


Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.


"Prezidentin göstərişinə əsasən, Maliyyə Nazirliyi pastor Bransonun saxlanılmasında və həbsində aparıcı rol oynamış Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib”, - Sanders brifinqdə deyib.


O qeyd edib ki, nazirlərin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulub.


Xəbər lenti