Xəzər Xəbər

Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Dünya | 09:15 • 2 Avqust 2018
Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Meksikanın Duranqo ştatında qəzaya uğrayan "Embraer 190” sərnişin təyyarəsinin qara qutusu tapılıb.


Bu barədə Meksika Mülki Aviasiya İdarəsinin rəhbəri Luis Xerardo Fonseka Qusman bildirib. Onun sözlərinə görə, hazırda qara qutu hökumətin nəzarətindədir.


Xatırladaq ki, "Embraer 190" təyyarəsini göyərtəsində 101 nəfər olub, onlarda 97-i sərnişin, 4 nəfər isə ekipaj üzvləri olub. Yerli haimiyyətin məlumatına görə, qəza nəticəsində ölən olmayıb, 85 nəfərin xəsarət aldığı bildirilir. Təyyarə Duranqodan Mexikoya uçmalı idi.

Xəbər lenti