Xəzər Xəbər

Gürcüstanda prezident seçkilərinin tarixi açıqlanıb

Dünya | 15:16 • 1 Avqust 2018
Gürcüstanda prezident seçkilərinin tarixi açıqlanıb

Gürcüstanda bu il prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.

Bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Gürcüstanda bu il seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq.Prezident altı il müddətinə seçiləcək. Bu müddət başa çatandan sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək. (APA)

Xəbər lenti