Xəzər Xəbər

Pentaqon Trampın Putini Vaşinqtona dəvət etmək niyyətini dəstəkləyib

Dünya | 10:01 • 22 İyul 2018
Pentaqon Trampın Putini Vaşinqtona dəvət etmək niyyətini dəstəkləyib

ABŞ müdafiə nazirinin müavini Con Rud Rusiya prezidenti Vladimir Putinin Ağ Evə planlaşdırılan səfərinin yaxşı ideya olduğunu bildirib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın CNN telekanalı məlumat yayıb.

C.Rudun fikrincə, iki lider arasında fikir mübadiləsi və səmimi diskussiyanın aparılmasına zərurət var.

ABŞ müdafiə nazirinin müavini xatırladıb ki, iki ölkə arasında münasibətlər normal olduğu dövrdə V.Putin mütəmadi ABŞ prezidentləri ilə görüşüb. Con Rud həmçinin Rusiyanın dünyada mühüm oyunçu olduğunu xatırladıb.

Qeyd edək ki, Helsinkidə bir neçə gün əvvəl təşkil olunmuş Putin-Tramp görüşündən sonra Amerika tərəfi Rusiya prezidentini payızda Vaşinqtona səfər etməyə və ABŞ prezidenti ilə növbəti görüş keçirməyə dəvət edib.

Xəbər lenti