Xəzər Xəbər

Yaponiyanın Baş naziri xalqdan üzr istəyib

Dünya | 10:36 • 21 İyul 2018
Yaponiyanın Baş naziri xalqdan üzr istəyib

Yaponiyanın Baş naziri Şinzo Abe hökumətdə baş verən qalmaqallardan sonra xalqın etimadını yenidən bərpa etməyə çalışacağını vəd edib.


AZƏRTAC xəbər verir ki, Baş nazir həmin bəyanatla iyulun 20-də axşam saatlarında parlamentin son sessiyasının başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında çıxış edib.


Ş.Abe ilk dəfə cari ayın əvvəllərində baş verən aramsız yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində yaranan fəsadlara da toxunub. O vəd edib ki, hökumət insanların tezliklə normal həyat şəraitinə qayıtmaları üçün mümkün olan bütün imkanlardan istifadə edəcək.


Sonra Baş nazir ictimai sənədlərin saxtalaşdırılması və dostu ilə proteksionist fəaliyyət nəticəsində ona ünvanlanan ittihamlarla bağlı baş verən qalmaqallara görə xalqdan üzr istəyib.

Xəbər lenti