Braziliyanın Portu-Alerqi şəhərində evə edilən silahlı hücum nəticəsində 7 nəfər qətlə yetirilib.
Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, hadisənin şahidləri silahlı şəxslərin evin sakinlərini atəşə tutub qaçdıqlarını deyiblər.
` Polisin məlumatına görə, evdə altı nəfərin cəsədi tapılıb, xəstəxanaya aparılan iki nəfərdən biri ölüb, digərinin vəziyyəti isə ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.