Xəzər Xəbər

Qanun layihəsi qəbul edildi – İsrail şəriət dövləti oldu

Dünya | 11:27 • 19 İyul 2018
Qanun layihəsi qəbul edildi –

7 ildir ki, İsrail parlamentinin müzakirə etdiyi mübahisəli qanun layihəsi qəbul edilib.

Lent.az hurriyet.com.tr-yə istinadla bildirir ki, qanun layihəsində dünyadakı bütün yəhudilərin İsrail torpaqlarına və Yerusəlimə (Qüds-red) qayıtması üçün bütün hüquqi əngəllər aradan qalxıb.

Bundan sonra yəhudi milli dövlətində bütün qanunlar yəhudi şəriətinə əsaslanacaq.

Dövlətin idarə quruluşu tam şəkildə yəhudi şəriəti üzərində bərqərar olacaq. Ərəb dilinin rəsmi statusu ləğv ediləcək.

Bundan başqa, ölkədə yalnız yəhudilərin daxil olacağı bölgələr formalaşdırılacaq.

Xəbər lenti