Xəzər Xəbər

İranda Xəzəryanı ölkələrin media nümayəndələrinin görüşü planlaşdırılır

Dünya | 16:54 • 18 İyul 2018
İranda Xəzəryanı ölkələrin media nümayəndələrinin görüşü planlaşdırılır

"İran Xəzəryanı ölkələrin media nümayəndələrinin görüşünü təşkil etməyi planlaşdırır”.

Bu barədə APA-nın Tehran müxbirinə İran İslam Respublikasının İslami irşad və mədəniyyət nazirinin informasiya texnologiyaları və mətbuat məsələləri üzrə müavini Məhəmməd Sultanifər məlumat verib.

M. Sultanifər bildirib ki, Azərbaycan və İran arasında media sahəsində müştərək əməkdaşlıq istiqamətində atılmış addımlar müsbətdir: "Ümid edirik ki, bu yolu davam etdirib, əlaqələri genişləndirməyə nail olacağıq”.

M. Sultanifər qeyd edib ki, İslami İrşad və Mədəniyyət Nazirliyi İranda fəaliyyət göstərmək istəyən KİV üçün ən qısa zamanda fəaliyyət lisenzası verməkdə qərarlıdır: "Biz çalışırıq Xəzəryanı ölkələrin, o cümlədən Rusiya, Azərbaycan KİV nümayəndələrinin iştirakı ilə müştərək iclas keçirək. Məqsəd bu ölkələr arasında birliyin yaradılmasıdır. Biz media orqanları arasında əməkdaşlığı nə qədər inkişaf etdirsək, ölkələrimizin arasında əməkdaşlıq üçün o qədər səmərəli nəticələr əldə edəcəyik”.

Xəbər lenti