Xəzər Xəbər

Putinlə görüşümüz boks matçı görmək istəyən paxılları narahat etdi - Tramp

Dünya | 15:23 • 18 İyul 2018
Putinlə görüşümüz boks matçı görmək istəyən paxılları narahat etdi -

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinkidə birgə mətbuat konfransından sonra onun ünvanına yönəlmiş tənqidlərin səbəbini açıqlayıb. Trend-in məlumatına görə, ABŞ lideri bu barədə özünün "Twitter" səhifəsində yazıb.


D.Tramp bütün bu tənqidlərin onun V.Putinlə "yaxşı münasibəti" ilə bağlı olduğunu qeyd edib.


O yazıb: "Görüşümüz yaxşı keçdi. Çox məsələləri müzakirə etdik və bu, boks matçı görmək istəyən paxılları narahat etdi".

Xəbər lenti