Xəzər Xəbər

Müasir dövrün ən zəngin şəxsinin adı açıqlandı

Dünya | 10:12 • 17 İyul 2018
Müasir dövrün ən zəngin şəxsinin adı açıqlandı

"Amazon” şirkətinin təsisçisi Ceff Bezos müasir tariximizin ən varlı inasnı oldu.


Xezerxeber.az xəbər verir ki, bazar ertəsi onun varidatı 150 milyard dolları ötüb.


Onu təqib edən "Microsoft”un təsisçisi Bill Geytsin isə "cəmi” 95 milyard dolları var. Dünyanın ən varlı insanlarının sıralamasında 3-cü pillədə 83 milyard dollarla Uorren Baffet qərarlaşıb.


Beləliklə də, "Amazon” başçısı 1982-ci ildən, "Forbes” jurnalının ilk reytinqi dərc ediləndən günümüzə qədər qeydə alınan ən zəngin şəxsdir.


Əvvəlki rekord Geytsə məxsus idi: 1999-cu ildə onun varidatı bir müddət 100 milyard dollar təşkil edib. Bu isə inflyasiyanı nəzərə almaqla 2018-ci il üçün 149 milyard dollara bərabərdir.

Xəbər lenti