Xəzər Xəbər

Ermənistanda nazirlik binası çökdü, ölən var

Dünya | 10:05 • 17 İyul 2018
Ermənistanda nazirlik binası çökdü, ölən var

Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.


Xezerxeber.az "RİA Novosti”yə istinadla xəbər verir ki, Yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalaraq həlak olub.


Bundan başqa, daha iki nəfərin yaralandığı deyilir.


Uçqunun səbəbləri hələlik açıqlanmayıb.


Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti