Xəzər Xəbər

Şvarsneqqer Trampı “qıcqırmış makaron” adlandırdı

Dünya | 10:03 • 17 İyul 2018
Şvarsneqqer Trampı “qıcqırmış makaron” adlandırdı

Kaliforniyanın sabiq qubernatoru və aktyor Arnold Şvarsneqqer bəyan edib ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında balaca qıcqırmış makarona oxşayırdı.


Oxu.Az xəbər verir ki, o, bununla bağlı fikirlərini "Twitter” hesabında yayımladığı videomüraciətdə deyib.


"Prezident Tramp, mən sizin Vladimir Putinlə mətbuat konfransınıza baxdım. Bu, biabırçı şəkildə görünürdü. Siz orada balaca qıcqırmış makaron kimi görünürdünüz.


Özümə sual verdim ki, görəsən, siz nə vaxt ondan avtoqraf, selfi və ya bu kimi şeylər istəyəcəksiniz”, - Şvarsneqqer bildirib.


O əlavə edib ki, Tramp ABŞ kəşfiyyatını, məhkəmə sistemini və bütün ölkəni satıb.


Xatırladaq ki, iyulun 16-da Helsinkidə Putinlə Tramp arasında keçirilən təkbətək görüş dörd saat davam edib.

Xəbər lenti