Xəzər Xəbər

Tramp-Putin görüşündə qarşılıqlı hədiyyələr verilib

Dünya | 09:59 • 17 İyul 2018
Tramp-Putin görüşündə qarşılıqlı hədiyyələr verilib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın "Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.


Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov TASS informasiya agentliyinə məlumatında deyib: "Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb”.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa "DÇ-2018”in rəsmi topunu bağışlayıb.

Xəbər lenti