Xəzər Xəbər

Putindən görünməmiş jest - Bu şəxslərdən viza tələb olunmayacaq

Dünya | 09:47 • 17 İyul 2018
Putindən görünməmiş jest -

Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən dünya çempionatından sonra açıqlama verib.


"Qafqzinfo” Posta-ya istinadən xəbər verir ki, Putin dünya çempionatı oyunlarını izləmiş azarkeşlərə bu ilin sonuna qədər Rusiyaya yenidən gələcəkləri təqdirdə viza tətbiq edilməyəcəyini bildirib:


"Çempionat zamanı milyonlarla insanın Rusiyanı yaxından tanımaq fürsəti oldu. Bir çox insan ölkəmiz haqqında fikirlərini dəyişdi. Bu, bizim üçün önəmli nəticədir. Onlar yenidən ölkəmizə gəlmək istəyə bilərlər. Ona görə də il sonuna qədər həmin azarkeşlərə viza tətbiq edilməyəcək”.


Qeyd edək ki, azarkeşlər mundial zamanı Rusiyaya gələrkən "Fan ID” adlı vəsiqə almış və Rusiyaya giriş-çıxışlarda viza bəyan etməmişdilər. Həmin vəsiqə il sonuna qədər qüvvədə olacaq.

Xəbər lenti