Xəzər Xəbər

Rusiya hücum silahlarının azaldılması müqaviləsini uzatmağa hazırdır

Dünya | 09:25 • 17 İyul 2018
Rusiya hücum silahlarının azaldılması müqaviləsini uzatmağa hazırdır

Rusiya Strateji Hücum Silahlarının (SHS) azaldılmasına dair müqavilənin müddətini uzatmağa hazırdır, lakin detallara dair razılıq əldə olunmalıdır.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Fox News” telekanalına müsahibəsində bildirib.

"Mən prezident Trampı inandırdım ki, Rusiya bu müqaviləni uzatmağa hazırdır, lakin əvvəlcə detallara dair razılığa gəlməliyik”, - deyə Putin əlavə edib.

Rusiya və ABŞ arasında 2010 ildə imzalanmış Hücum Silahlarının (SHS) azaldılmasına dair müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib.

Xəbər lenti