Xəzər Xəbər

Şimali Koreya lideri “xalq düşmənləri”ni əfv edəcək

Dünya | 16:18 • 16 İyul 2018
Şimali Koreya lideri “xalq düşmənləri”ni əfv edəcək

Bu ilin avqustunda Şimali Koreyada Kim Çen In-ın amnistiya elan edəcəyi gözlənilir.


Oxu.az xəbər verir ki, amnistiya sentyabrın 9-da qeyd olunacaq ölkənin yaradılmasının 70 illiyinə həsr olunacaq.


Amnistiya ölkəyə və xalqa qarşı cinayət törədən şəxslərə aid ediləcək və avqustun 1-də başlayacaq.


Xatırladaq ki, sonuncu dəfə KXDR-də amnistiya 3 il əvvəl elan edilmişdi. O zaman bu, Koreya yarımadasının Yaponiyanın müstəmləkəçiliyindən azad edilməsinin 70 illiyinə həsr olunmuşdu.

Xəbər lenti