Xəzər Xəbər

Melaniya 27 dərəcə istidə “plaş” geyindi

Dünya | 15:58 • 16 İyul 2018
Melaniya 27 dərəcə istidə “plaş” geyindi

ABŞ-ın birinci xanımı Melaniya Tramp bu dəfə də geyimi ilə medianın mövzusuna çevrilib.


"Qafqazinfo” xəbər verir ki, Donald Trampla birgə Helsinkiyə səfər edən Melaniya 27 dərəcə istidə uzunqol üst geymdən istifadə edib. Onun bu görüntüsü tvitterdə sürətlə yayılıb. Birinci xanımın beli kəmərli, sarı rəngli paltosunun İtalyan brendi "Gucci”yə məxsus olduğu yazılır.


Qeyd edək ki, bu gün Helsinkidə Rusiya və ABŞ rəhbərlərinin görüşü var.

Xəbər lenti